Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirən Teymur Kərimov sərbəst buraxılıb
Teymur Kərimov : “Dedilər ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq”
Teymur Kәrimov sәrbәst buraxılıb.
Bu barәdә AzadlıqRadiosuna onun özü məlumat verib. T. Kərimovun vurğulamasına görə, onu Nәsimi Rayon Polis İdarәsindә 4 saatdan çox saxlayıblar.
O qeyd edib ki, saxlandıqdan sonra əvvəlcə Nәsimi Rayon Polis İdarəsinin 20 saylı Polis Bölməsinə, ardınca da idarənin özünə aparılıb. T.Kərimovun vurğulamasına görə, polisdə ondan aksiyasının sәbәbini soruşublar vә izahat yazdırıblar. “Daha sonra vәd veriblәr ki, mayın 20-si mәni Sәhiyyә Nazirliyindә qәbul edәcәklәr. Hәmçinin dedilər ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq. Bundan sonra sәrbәst buraxıldım”.
T. Kərimovun bu dediklərinə də, hələlik, Nәsimi Rayon Polis İdarəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
--
Bir sıra media orqanları ilə əməkdaşlıq edən Teymur Kərimovun Səhiyyə Nazirliyinin qarşısında tək aksiya keçirdiyi bildirilir.
“ Turan” agentliyinin xəbərinə görə, O, nazirliyin qarşısında öz köhnə paltarını sataraq, qan xərçəngindən əziyyət çəkən anasının müalicə pulunu düzəltməkdən ötrü bu aksiyanı keçirdiyini vurğulayıb.
T. Kərimov həmçinin bildirib ki, bu bir növ xəstəxanalarda hökm sürən rüşvətxorluğa qarşı aksiyadır. “Məndən Respublika Xəstəxanasında bütün pulsuz olmalı olan dərmanlara, iynələrə görə, pul tələb edirlər. Pul çatdıra bilmirəm. Ona görə, də paltarımı satmaqa qərarına gəldim. Bu aksiyanı keçirərək nazir Oqtay Şirəliyevin nəzərinə çatdırmaq istəyirəm ki, insanlar dərman pulunu ödəmək üçün paltarını satmaq məcburiyyətindədirlər”.
Agentliyin xəbərində o da qeyd edilir ki, 20 dəqiqəyə yaxın davam edən aksiya polis müdaxiləsindən sonra bitib. Teymur Kərimovun isə saxlanaraq Nəsimi Rayon Polis İdarəsinin 20 saylı Polis Bölməsinə aparıldığı bildirilir.Amma bu məlumatı həmin bölmədən və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Teymur Kərimovun rüşvətlə bağlı iddialarına da Respublika Klinik Xəstəxanası və Səhiyyə Nazirliyindən münasibət almaq cəhdləri nəticə verməyib.Amma Azərbaycanın dövlət xəstəxanalarında da səhiyyənin pullu olması ilə bağlı deyilənləri rəsmi qurumlar təsdiq etmirlər.