149 girov azad olunub
Əfqanıstan rəsmiləri Talibanın girov götürdüyü 149 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən azad olunduğunu bildirir.
Talibançıların əlində 21 girov qalıb.
Avtobuslar Talibanın nəzarətində olan Xan Abad vilayətində saxlanmışdı. Təhlükəsizlik qüvvələrinin başladığı əməliyyat zamanı azı 7 talibançı öldürülüb, ancaq yaraqlıları 21 girovu hadisə yerindən uzaqlaşdıra bilərlər.
Onların haraya aparıldığı bəlli deyil.
***
Əfqanıstanın şimalındakı Kunduz vilayətinin rəsmilərinin bildirməsinə görə, Taliban 100-dən artıq adamı girov götürüb. Onların içində qadınlar və uşaqlar var. Taliban onların səyahət etdiyi avtobusları ələ keçirərək özlərini də girov götürüb.
Prezident Ashraf Ghani Qurban bayramı zamanı Talibanla atəşkəsə çağırmışdı.
Kunduz vilayət şurasının rəhbəri Mohammad Yusouf Ayubi-nin fikrincə, Taliban əslində, hökumət işçilərini, yaxud təhlükəsizlik əməkdaşlarını axtarırmış.
Girovların yaxınlıqdakı Nipke kəndinə aparıldıqları bildirilir.
Təhlükəsizlik qüvvələrinin ərazidə olduğu və atışma getdiyi qeyd olunur.
Hələlik, Taliban insidenti şərh etməyib, ancaq bu ərazi silahlı qruplaşmanın nəzarətindədir.
Ghani avqustun 19-da Talibanla Qurban bayramı günlərində “şərti” atəşkəsə çağırıb.
Avqustun 20-də başlamalı olan atəşkəs üç ay çəkməliydi.