Suriya dövlət televiziyası bildirir ki, ölkənin havadan müdafiə sistemləri aprelin 16-da axşam Shayrat aerodromununu hədəfə alan raketləri vurub.
Raketləri Homs regionu üzərinə kimin atdığı açıqlanmasa da, dövlət televiziyası bu hərəkəti “aqressiya” adlandırıb.
“Reuters” Pentaqonun sözçüsü Eric Pahon-a istinadla yazıb ki, “hazırda bu ərazidə Birləşmiş Ştatlar hərbi fəaliyyətlə məşğul deyil”.
Aprelin 14-də ABŞ, Britaniya və Fransa Suriyaya 100-dən çox raket buraxıb, üç şübhəli kimyəvi silah obyektini hədəfə alıb. Читать дальше...